40 nəqliyyat vasitəsi özəlləşdirilib

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən dekabrın 2-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi
satılıb.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, start qiyməti 6.500 manat olan “Mercedes Benz
S320” markalı avtomobil 15.800 manata satılıb.




Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak
Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq
olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr
tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və
“www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.