Misli Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XIII turun növbəti oyunları
keçiriləcək.

Trend xəbər verir ki, bu gün
iki qarşılaşma baş tutacaq.

Açılış oyununda “İmişli” “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat
14:30-da start götürəcək.

Günün ikinci oyununda “Qarabağ” klubu öz meydanında “Karvan-Yevlax” komandası ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da
başlayacaq.

Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.

Misli Premyer Liqası

XIII tur

29 noyabr

14:30. “İmişli” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin
Bayramov.

VAR: Rauf Cabarov.




AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Quba OİK stadionu.

17:00. “Qarabağ” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov,
Kamran Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“Azersun Arena”.