ABŞ 20 ölkədən gələn xarici vətəndaşların yaşıl kartlarını təftiş edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan da
daxil olmaqla, 19 “narahat ölkədən” gələn xarici vətəndaşların
yaşıl kartlarını yenidən yoxlayacaq.

Trend ölkənin
yerli KİV-lərinə xəbər verir ki, bu barədə USCIS direktoru Cozef
Edlou sosial media hesabında bildirib.




O, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə narahatlıq
doğuran ölkələrdən olan bütün xarici vətəndaşların yaşıl
kartlarının tam və hərtərəfli yoxlanması barədə tapşırıq verdiyini
vurğulayıb.

Bu qərar, ABŞ Milli Qvardiyasının iki əsgərinin Ağ Ev
yaxınlığında güllələnməsindən bir gün sonra verilmişdir. Şübhəli
şəxs, Əfqanıstan vətəndaşı olaraq 2021-ci ildə ABŞ-yə daxil
olub.