İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92%-in üzərindədir – Sadiq Əliyev

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi
92%-in üzərindədir.

Trend xəbər
verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin
sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.




Onun sözlərinə görə, azad olunan ərazilərdə “Böyük Qayıdış”
proqramı çərçivəsində əhalinin məşğulluğu ilə bağlı köçdən əvvəl
məşğulluq imkanları yoxlanılır:

“Ötən dövr ərzində biz İşğaldan azad edilmiş ərazilərdə “Məşğulluqdan məsgunlaşma” devizi altında fəaliyyətimizi həyata
keçirmişik və orada məsgunlaşmış şəxslərin ilk öncə məşğulluq
imkanları yoxlanır. Köçdən əvvəl onların məşğul imkanların
qiymətləndirilməsini aparır, onların hansı peşələrə sahib
olduqlarını öyrəndikdən sonra işğaldan azad edilmiş ərazilərdəki
işə götürənlərimizin vakansiyaları barədə məlumatlar əldə edir,
sonra məşğulluğun təmin olması istiqamətində işlər aparırıq”.