Xocalıya köçürülən əhalinin içməli su təminatı necə təşkil edilir? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Xocalı şəhərində ADSEA tərəfindən 1 ədəd subartezian quyusu
qazılıb, 1 ədəd subartezian quyusu bərpa edilib və 2.6 km magistral
su kəməri inşa edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan
bildirilib.

Qeyd edilib ki, hazırda şəhər ərazisində bərpa edilmiş fərdi
yaşayış evləri və çoxmənzilli yaşayış binaları 24 saat su ilə təmin
olunur.

“Ballıca kəndinin su mənbəyi müəyyən edilmiş,magistral su
kəmərinin və kənd daxili su şəbəkəsinin qəzalı hissələri bərpa
edilib. Kənd ərazisində 2 ədəd su anbarı təmizlənib,
zərərsizləşdirilib və istismara qəbul edilib. Xanyurdu kəndinin 1
ədəd mövcud subartezian quyusu bərpa edilib, kənd daxili su
şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 1 ədəd
su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul
edilib”.

Qurumdan bildirilib ki, Təzəbinə kəndinin mövcud daxili su
şəbəkəsi, 1 ədəd subartezian quyusu təmir-bərpa işləri həyata
keçirilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib,
zərərsizləşdirilib və istismara qəbul edilib:

“Kəndin yeni su mənbəyi olaraq 1 ədəd subartezian quyusu
qazılıb, 4.6 km magistral su kəməri inşa edilib.




Daşbulaq kəndində daxili su şəbəkəsi və magistral su kəməri
yenidən inşa edilib. Kəndin su mənbəyi olan 1 ədəd subartezian
quyusu bərpa edilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib,
zərərsizləşdirilib və istismara qəbul edilib. Badara kəndinin su
mənbəyi bərpa edilib, magistral su kəmərinin və daxili su
şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 4 ədəd
su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib.
Alternativ su mənbəyi olaraq 1 ədəd yeni subartezian quyusu
qazılıb, subartezian quyusu və su anbarı arası 2.6 km magistral su
kəməri inşa edilib”.

Qeyd edilib ki, Seyidbəyli kəndində daxili su şəbəkəsi və
magistral su kəməri yenidən inşa edilib. Kəndin su mənbəyi olan 1
ədəd subartezian quyusu bərpa edilib. Kənd ərazisində 1 ədəd su
anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul
edilib.

“Alternativ su mənbəyi olaraq 1 ədəd yeni subartezian quyusunun
inşası nəzərdə tutulur. Kənd hazırda 24 saat fasiləsiz su ilə təmin
edilir.

Xanabad kəndinin su təchizat sistemi ADSEA tərəfindən yenidən
icra edilir.

Şuşakənd kəndində 1 ədəd subartezian quyusu bərpa edilib, 1 ədəd
qaldırıcı nasos stansiyası bərpa edilib, magistral su kəmərinin və
kənddaxili su şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd
ərazisində 2 ədəd su anbarı təmizlənibmiş, zərərsizləşdirilib və
istismara qəbul edilib”.