Bakı. Trend:
Peruda məhkəmə ölkənin sabiq prezidenti Pedro Kastilyonu qiyama
cəhd ittihamı ilə 11 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum
etmə qərarı çıxarıb.
Trend RPP
radiostansiyasına istinadla xəbər verir ki, eyni müddətli cəza
Meksikanın Limadakı səfirliyində gizlənən sabiq baş nazir Betsi
Çavesə də verilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Pedro Kastilyo
korrupsiya ittihamları ilə bağlı impiçment məsələsinin müzakirə
olunacağı iclasdan əvvəl Konqresin buraxıldığını elan etmişdi.
Lakin Parlament iclası davam etdirərək onun vəzifədən
uzaqlaşdırılması üçün səs vermişdi. Bundan sonra Kastilyo
saxlanılıb. Qiyam cəhdinə görə ittiham Betsi Çavesə də irəli
sürülüb.

