Hindistanlı basketbolçu faciəli şəkildə vəfat edib

Baş səhifə
Hindistanlı basketbolçu faciəli şəkildə vəfat edib

Hindistanlı basketbolçu məşq zamanı üzərinə basketbol səbəbinin düşməsi nəticəsində vəfat edib.

“Report” “Indian Express”ə istinadən xəbər verir ki, o topu atdıqdan sonra havada səbətdən asılı qalıb.

Yaxşı vəziyyətdə olmayan səbət sınaraq oyunçunun üzərinə düşüb. İdmançı 20 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vəfat edən basketbolçu ölkəsinin U-16 millisinə dəvət almağa namizədlər sırasında yer alıb.

Qeyd edək ki, hadisə baş verən idman zalının fəaliyyəti dayandırılıb.