İran vətəndaşından narkotik vasitələr alan şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və
satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara
rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli
cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir
olan 39 yaşlı Taleh Məmmədov tutulublar.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram
tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq
dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara
rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir
qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını
etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.