Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna planının təfərrüatlarını açıq müzakirə etməyə hazır deyil.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Biz baş verənlərin bəzi detallarını, o cümlədən bu sülh planının müxtəlif versiyalarını açıq şəkildə müzakirə etməyə hazır deyilik. Nəticə etibarilə, dialoq prosesinin davam etməsi üçün vaxt və diqqət lazımdır”, – o deyib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

