Qara geyinən insanların 6 əsas psixoloji xüsusiyyəti

Baş səhifə

Qara geyinmək sadəcə moda seçimi deyil, həm də insanın xarakterik xüsusiyyətlərini açıqlayan vacib detaldır. Hər halda, psixoloqlar belə düşünür.

Metbuat.az xəbər verir ki, psixoloqların qənaətinə görə, qara rəngin üstünlük təşkil etdiyi geyim seçimləri insanın daxili aləmini açıb göstərir.

Aparılan araşdırmalardan sonra məlum olub ki, qara geyinən insanların altı əsas psixoloji xüsusiyyəti aşağıdakılardır:

  • Ciddi qəbul edilmək istəyirlər
  • Detallara həssasdırlar və qüsursuz uyğunluq tələb edirlər
  • Hər ortama uyğunlaşmağa çalışırlar
  • Müxtəlif rənglərlə qarşılarındakı adamları yormamaq istəyirlər
  • Fərqli mədəniyyətlərə sahib insanlarla asanlıqla ünsiyyət qururlar
  • Özlərini tanıyırlar, kim olduqlarını bilirlər

Araşdırmalar nəticəsində o da məlum olub ki, bəzi insanlar sadəcə vərdişkar olduqları üçün qara rəngə üstünlük verirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.