Yamal və Rafinya “Çelsi” ilə Çempionlar Liqası matçı üçün iştirak ərizəsinə daxil edilib

Baş səhifə
Yamal və Rafinya Çelsi ilə Çempionlar Liqası matçı üçün iştirak ərizəsinə daxil edilib

İspaniyanın “Barselona” klubunun futbolçuları Lamin Yamal və Rafinya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Çelsi”yə (İngiltərə) qarşı səfər matçı üçün iştirak ərizəsinə daxil edilib.

“Report” xəbər verir ki, bu barədə “Barselona”nın mətbuat xidmətindən bildirilib.

Rafinya La Liqada “Atletik”ə qarşı (4:0) oyunda zədələnmişdi. Yamal isə qasıq nahiyəsindəki ağrılar səbəbindən meydana çıxa bilmirdi.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı bu gün Londondakı “Stemford Bric” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.