Ağdamda mübahisə bıçaqlanma ilə nəticələndi

Baş səhifə

Ağdam. Trend:

Ağdamda həmyerlilər arasında başlayan mübahisə qanla
nəticələnib.

Trend-in yerli
müxbirinin xəbərinə görə, rayonun Zəngişalı kəndində baş verən
hadisə zamanı Baxşəliyev Teymur Həsən oğlu həmyerlisi Cabbarov
Sahib Camal oğlu ilə mübahisə edib.

Belə ki, T.Baxşaliyev Əsəblərinə hakim olmayıb S.Cabbarova bıçaq
xəsarəti yetirib.




Yaralı S.Cabbarov Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.