Pakistanın Peşəvər şəhərində terrorçu kamikadze federal polisin qərargahına hücum edib.
“Report”un məlumatına görə, bu barədə “Dawn” qəzeti mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları cavab əməliyyatında iki yaraqlını öldürüb. “Reuters” agentliyi partlayış nəticəsində üç nəfərin öldüyünü bildirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

