
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran İslam
Respublikası arasında ticarət əməliyyatlarının həcmi 518,2 milyon
ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Qeyd olunub ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 5,7 milyon ABŞ dolları və ya 1,1% azdır.
Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 1,27%-i həcmində olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 8,244
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 25,1% azdır.
Eyni zamanda hesabat dövründə İrandan Azərbaycana isə 509,9
milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu
da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və
ya 0,6% azalma deməkdir. Bu göstərici ilə İran Azərbaycanın ən çox
idxal əməliyyatları apardığı ölkələr siyahısında 9-cu pillədə
qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.

