Bakı. Trend:
Britaniyanın müdafiə naziri Con Hili ikinci evi üçün təxminən
1500 funt vergi ödəməkdən yayınıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Hilinin vergini
indiyə kimi ödəməməsi Vestminster şurasının yol verdiyi inzibati
xəta ucbatından olub.
Bələdiyyə vergilərinin miqdarının artırılmasından sonra
britaniyalı nazir aprel ayından etibarən ikinci evi üçün illik
təqribən 2,9 min funt sterlinq ödəməli idi, halbuki həmin məbləğdən
iki dəfə az vergi ödəyib.
Yerli KİV-də vergidənyayınma ilə bağlı söz-söhbətlərdən və
siyasətçilərin tənqidlərindən sonra nazir vergi borcunu
bağlayıb.

