Tramp: Ukrayna cümə axşamına qədər 28 bəndlik sülh planına razılıq verməlidir

Baş səhifə
Tramp: Ukrayna cümə axşamına qədər 28 bəndlik sülh planına razılıq verməlidir

ABŞ Prezidenti Donald Tramp cümə günü təsdiqləyib ki, onun administrasiyası Kiyevin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Ağ Evin 28 bəndlik planına razılıq verməsi üçün gələn cümə axşamına qədər son müddət müəyyən edib.

“Report”un məlumatına görə, Tramp bunu “Fox News”a radiomüsahibəsində bildirib.

“Çox vaxt son müddətlərim olub, amma hər şey yaxşı gedirsə, adətən müddətlər uzadılır. Amma cümə axşamı – sondur”, – o qeyd edib.