Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov Gürcüstanlı həmkarı Geka Geladzenin dəvəti ilə Tbilisiyə rəsmi səfər edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə saziş imzalanacaq.
V.Eyvazov, həmçinin Gürcüstanın polis bölmələrinin fəaliyyəti ilə tanış olacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

