Xocalı şəhəri və Cəbrayıl rayonunun Horovlu kəndinə köç karvanı yola salınıb.
“Report” xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.
Xocalı şəhərinə 27 ailə (147 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə (191 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

