BMT Ukrayna üçün istənilən sülh prosesini dəstəkləməyə hazırdır

Baş səhifə

BMT Ukrayna böhranının sülh yolu ilə həllinə aparan istənilən prosesi dəstəkləməyə hazırdır.

APA xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik ABŞ-ın Ukrayna üçün yeni planını şərh edərkən deyib.

“Biz tam, dərhal və qeyd-şərtsiz atəşkəsə və sonradan ədalətli, hərtərəfli və davamlı sülhə aparan istənilən prosesi dəstəkləməyə və asanlaşdırmağa hazırıq”, – o deyib.