Azərbaycanda sümük iliyi transplantasiyası ehtiyacı ölkə daxilində qarşılanacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda hər il təxminən 150-200 nəfərin sümük iliyi
transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi
uzun illər xaricdə qarşılanıb.

Trend xəbər
verir ki, bunu bu gün Yeni Klinikanın direktoru Barat Yusubov Yeni
Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi
Transplantasiyası Mərkəzinin açılı ilə əlaqəli keçirilən brifinqdə
deyib.




O əlavə edib ki, Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək
Sümük İliyi Transplantasiyası Mərkəzi həm allogen, həm də autoloji
transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan
verəcək: “Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma
kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək
səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə
bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq. Bu günə qədər maaliyyə və
mütəxəssis çatışmazlığı belə bir mərkəz yaradılmasına mane
olurdu”.