Tramp Epşteyn işi üzrə materialların açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş və
uşaqlara təcavüzdə təqsirli bilinən, daha sonra isə intihar edən
maliyyəçi Cefri Epşteyn işi üzrə materialların açıqlanmasını
nəzərdə tutan qanun layihəsini imzalayıb.

Trend-in
məlumatına görə, bu barədə dövlət başçısı “Truth Social”
platformasında açıqlama verib.

Tramp bildirib ki, Epşteynlə bağlı sənədlərin dərcini təmin edən
qanun layihəsini rəsmi şəkildə təsdiqləyib.




ABŞ Prezidenti maliyyəçinin demokrat olduğunu və həmin
partiyanın siyasətçilərinə minlərlə dollar ianə etdiyini
vurğulayıb. Onun sözlərinə görə, Epşteyn bir çox tanınmış demokrat
siyasətçilərlə sıx əlaqələrə malik olub.

Tramp onların arasında ABŞ-nin 42-ci prezidenti Bill Klintonun
və Nümayəndələr Palatasında azlığın lideri Hakim Cefrisin adlarını
çəkib.