İtaliya Azərbaycandan neft idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 6,2
milyard ABŞ dolları dəyərində bitum süxurlardan əldə olunmuş 12,1
milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 408 milyon dollar (7%), həcm baxımından
isə 2,7 milyon ton (29,8%) artıb.




Ötən ilin ilk on ayı ərzində Azərbaycandan İtaliyaya 5,8 milyard
dollar dəyərində bitumlu süxurlardan alınan 9,3 milyon ton xam neft
və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə İtaliya Azərbaycan neftini idxal edən ölkələr
arasında birinci yerdə qərarlaşıb.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə təxminən 20,8 milyon
ton xam neft və neft məhsulları ixrac edib.