
Bakı. Trend:
Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan
əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL)
şirkətinin Naxçıvan istiqaməti üzrə reysləri ləğv olunub.
AZAL-dan Trend-ə verilən məlumata görə, hava şəraiti
sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin
ediləcək.
Qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün
əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

