Bakı. Trend:
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə
bağlı müzakirələr aparılır.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.
Bildirilib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının
fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir
Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair
müzakirələr aparılır.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti
2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin
rejimi ilə əlaqədar dayandırılıb.

