Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb

Baş səhifə
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Ayntraxt” (Frankfurt, Almaniya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.