Almaniya İsrailə silah ixracı ilə bağlı məhdudiyyəti aradan qaldırır

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə atəşkəs razılaşmasının əldə olunması ilə əlaqədar
Almaniya gələn həftədən etibarən bəzi silah növlərinin İsrailə
ixracına qoyulmuş məhdudiyyəti aradan qaldıracaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Almaniya kanslerinin sözçüsü
Stefan Kornelius açıqlama verib.

Qərara əsasən, avqust ayında dayandırılmış ixrac 24 noyabrdan
etibarən bərpa olunacaq.

“Hökumət, silah ixracına dair qərarlarda hər bir müraciəti
ayrıca nəzərdən keçirəcək və gələcək inkişaflara uyğun reaksiya
verəcək”, – deyə almaniyalı hökumət nümayəndəsi bildirib.




Korneliusun sözlərinə görə, Almaniya İsrail və HƏMAS arasında
qüvvəyə minən atəşkəs son həftələrdə sabitləşib. O, həmçinin
Qəzzaya humanitar yardımın artırılması və uzunmüddətli sülhün təmin
edilməsi istiqamətində səyləri vurğulayıb.

Qeyd edək ki, məhdudiyyət yalnız Qəzza ərazisində istifadə oluna
biləcəyi ehtimal edilən silah və sistemləri hədəfləyirdi, lakin
İsrailin xarici təhdidlərə qarşı özünümüdafiəsi üçün zəruri olan
ixracın davam etməsinə imkan verirdi.

Almaniya İsrailə silah ixracında ABŞ-dən sonra ikinci ən böyük
tədarükçü olaraq qalır.