Xarkovda Rusiyanın zərbələri nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Baş səhifə
Xarkovda Rusiyanın zərbələri nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkov və vilayətin 10 yaşayış məntəqəsinə zərbələr endiriblər, nəticədə 4 nəfər həlak olub.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkələrdə məlumat verib.

O həmçinin bildirib ki, zərbələr nəticəsində 16 nəfər yaralanıb.

Eyni zamanda O.Sinequbov qeyd edib ki, Xarkovda anbar binası, avtomobillər, dəmir yolu infrastrukturu və elektrik şəbəkəsi zərər görüb.