Bakı. Trend:
Pakistanın cənubundakı Sind əyalətində denq qızdırmasından daha
üç nəfərin ölümü qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Bununla da, bu il denq qızdırması səbəbindən ölənlərin ümumi
sayı 36-ya çatıb.
Məlumata görə, Heydərabadda 50 yaşlı kişi və 80 yaşlı qadın,
Karaçidə isə 55 yaşlı qadın həyatını itirib.
Departament bildirir ki, indiyədək ümumilikdə 5229 test aparılıb
və onların 774-nün nəticəsi müsbət çıxıb. Eyni dövrdə Sind
əyalətində 180-dən çox xəstə xəstəxanaya yerləşdirilib, 191 nəfər
isə sağalaraq evə buraxılıb.

