Hindistanda polis bölməsində partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində yerləşən
Novgam polis bölməsində aparılan axtarış zamanı partlayış baş
verib.

Trend “Hindustan
Times” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı
səkkiz nəfər yaralanıb. Məlumata görə, partlayış polis
əməkdaşlarının bölmənin içərisində axtarış apardığı vaxt baş
verib.




Hadisə zamanı bölmədəki bir neçə nəqliyyat vasitəsinə də ziyan
dəydiyi bildirilib.