İslamabaddakı partlayışın təşkilatçısı məlum oldu

Baş səhifə

Bakı. Trend:

“Təhrik-i-Taliban Pakistan” qruplaşması Pakistanın paytaxtı
İslamabadda məhkəmə binası qarşısında törədilmiş partlayışa görə
məsuliyyəti öz üzərinə götürüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Xatırladaq ki, noyabrın 11-də İslamabad dairə məhkəməsinin
avtomobil dayanacağında baş verən partlayış nəticəsində 12 nəfər
həyatını itirin, 27 nəfər yaralanıb.

Partlayış məhkəmə binasına daxil olmağa cəhd etmiş
terrorçu-kamikadze tərəfindən həyata keçirilib.