
Bakı. Trend:
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə
əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı
verib.
Trend xəbər verir
ki, Mixail Kavelaşvili “X” hesabında paylaşım edərək faciənin
Gürcüstana böyük kədər gətirdiyini qeyd edib.
O yazıb: “Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz
həmrəyliyimizi ifadə edirik.”

