Bakı. Trend:
Cənubi Koreya Prokurorluğu ölkənin sabiq prezidenti Yun Sok Yolu
“düşmənə yardım etməkdə” ittiham edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İttihama səbəb 2024-cü ilin oktyabrında Koreya Xalq Demokratik
Respublikasına pilotsuz uçuş aparatlarının göndərilməsi
hadisəsidir. Məlumata görə, versiyalardan birinə əsasən, Yun Sok
Yol Pxenyana dronların göndərilməsi barədə göstəriş verib və bu,
Koreya Xalq Demokratik Respublikasını təxribata çəkmək məqsədi
daşıyıb.

