ABŞ-də polis zabiti xidməti silahı ilə vurularaq öldürülüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Mayami dairəsinin şerif müavini Devin Xaramillo xidməti
silahı ilə vurularaq həlak olub.

Trend xəbər verir
ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, polis əməkdaşı yol qəzası ilə bağlı
çağırışa cavab verərkən şübhəli şəxs ilə mübahisə edib. Mübahisə
qarşıdurmaya çevrilib və həmin vaxt şübhəli Xaramillonun xidməti
silahını ələ keçirərək ona atəş açıb.




Ağır yaralanan zabit xəstəxanaya çatdırılsa da, həkimlərin
səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra 21 yaşlı şübhəli – Stiven Devid Rastriyan
avtomobilinə minərək intihar edib.

Faktla bağlı araşdırma Mayami Şerif Ofisinin cinayət bölməsi
tərəfindən aparılır.