
Bakı. Trend:
“Obamızın müzəffərləri – Zəfərin adını daşıyan
qəhrəmanlar”
Zəfərin 5 illiyi münasibətilə “OBA” marketlər şəbəkəsi
Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş
şəhid əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla anıb.
Bu münasibətlə şəhid əməkdaşların adını daşıyan filiallarda
ehsan mərasimləri təşkil olunub, həmçinin onların xatirəsinə həsr
edilən “Obamızın müzəffərləri” adlı videoçarx ictimaiyyətə təqdim
edilib.
Videoda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “OBA”
əməkdaşlarının həyat hekayələri, Vətənə olan sevgiləri və
göstərdikləri igidliklərdən bəhs olunur.
Bundan əlavə, Zəfər Günüylə bağlı “OBA” tərəfindən şəhid
əməkdaşların ailələri ziyarət olunub. “OBA” ailəsi üçün bu
ziyarətlər təkcə borc deyil — bu, şəhidlərimizin ailələrinə mənəvi
dəstək göstərmək və onların xatirəsini yaşatmaq missiyasıdır.
Biz bu torpaqları azad edən qəhrəmanlarımızın ruhu qarşısında
baş əyirik. Zəfərin adı onların adıdır, ruhları isə xalqımızın
yaddaşında daim yaşayacaq.
Zəfərin mübarək, Azərbaycan!

