Xaçmazda Zəfər Gününə həsr olunan “Əsrə bərabər 44 gün” adlı konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində
Zəfər bayramının beşinci ildönümünə həsr olunmuş “Əsrə bərabər 44
gün” adlı konfrans keçirilib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
Milli Məclisin deputatları Ağalar Vəliyev və Sevil Mikayılova, Yeni
Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd
Balaqaşaov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid
ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb,
əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Xaçmaz rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr –
Zəfər Günü münasibətilə təşkil olunan sərgi ilə tanış olublar.
Sərgidə uşaqların və gənclərin əl işləri, rəsmləri, eləcə də Vətən
müharibəsi şəhidlərinə həsr edilmiş fotolar, kitablar, jurnallar,
qəzet materialları və digər ekspozisiyalar nümayiş etdirilib.




Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd
edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik
rəhbərliyi, böyük siyasi iradəsi və möhtəşəm diplomatik addımları
nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində
qazandığı böyük Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin
edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Bu gün
Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağa, Şərqi Zəngəzura
Böyük Qayıdışdan irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib
dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü
yaşayır.

Milli Məclisin deputatları Ağalar Vəliyev və Sevil Mikayılova
hərb tariximizin şərəfli səhifəsi olan və xalqımızı Qələbə
zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər
oğullarının göstərdikləri şücaətlərdən və əldə olunan tarixi
Qələbədən danışıblar.

Digər çıxış edənlər – şəhid anası Sevinc Cəlilova və Vətən
müharibəsi iştirakçısı Əşrəf Rəhimov dövlət tərəfindən şəhid
ailələri və müharibə əlillərinə göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Sonda 44 günlük Vətən müharibəsindən bəhs edən “Əsrə bərabər 44
gün” filmi nümayiş etdirilib.