Erlinq Holann
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Report” xəbər verir ki, norveçli hücumçu buna Almaniyanın “Borussiya” (Dortmund) komandasına qalib gəldikləri (4:1) matçda fərqlənməklə nail olub.
Forvard qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində üç fərqli klubda ardıcıl 5 matçda fərqlənən ilk oyunçudur.
O, 2019/2020 mövsümündə Avstriyanın “Zaltsburq”, 2020/2021 mövsümündə Dortmund “Borussiya”sının heyətində də bunu bacarıb.
Qeyd edək ki, Erlinq Holann 2024-cü ildə də qitənin bir nömrəli klub turnirində rekord müəyyənləşdirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

