
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener “Qarabağ” – “Çelsi” qarşılaşmasını şərh edəcək.
Metbuat.az-ın məlumatına görə, bu axşam keçiriləcək oyunun şərhini azərbaycanlı idman şərhçisi Pərviz Musayevlə birlikdə Ertem Şener aparacaq.
Azərbaycan tele-idman tarixində ilk dəfədir ki, azərbaycanlı və türkiyəli şərhçilər eyni oyunda çıxış edəcək.
Xatırladaq k, Ertem Şener dünən “Qarabağ”ın oyununa üçün Bakıya gəlib.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması saat 21:45-də “CBC Sport”da canlı yayımlanacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

