Xocalıda yüksək gərginlikli stansiya və transformator məntəqəsinin tikintisinə başlanılır

Baş səhifə

Bakı. Trend:

Xocalı rayonunun inzibati ərazisində yüksək gərginlik stansiya
və transformator məntəqəsi tikiləcək.

Trend-in
məlumatına görə, artıq bununla bağlı layihələndirilmə işlərinə
başlanılır.

Belə ki, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası”
Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) sözügedən işlərin
layihələndirilməsini “RYS Enerji Layihə” MMC-yə həvalə edib və
müqavilə bağlayıb.

Müqaviləyə uyğun olaraq, şirkətə 34 min manat ödənilib.




Bu işlərdən əlavə, Xocalı rayonunun inzibati ərazisində
tikintisi nəzərdə tutulan Radio-Televiziya Yayım Stansiyasının bina
və qülləsinin mühəndis bölmələrinə müvafiq əlavələrin edilməsi,
eləcə də stansiyanın bina və qülləsinin yerləşəcəyi əraziyə
yaxınlaşma yolunun layihələndirilməsi işləri də aparılacaq.

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud
Məsuliyyətli Cəmiyyəti (MMC) bu işlərlə bağlı da artıq müvafiq
işlərə yekun vurub. MMC qeyd edilən işlərin icrasını Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin “Bakı Dövlət Layihə
İnstitutu”na həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, instituta ümumilikdə 94,5 min manat
ödənilib.