
Cənubi Qafqazdakı vəziyyət yaxşılaşma tendensiyası nümayiş etdirir və bununla əlaqədar “3+3” formatında işi bərpa etmək vacibdir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.
“Regional məşvərət qrupunun, “3+3″ platformasının işini bərpa etmək vacibdir. Regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir, üçtərəfli işçi qrupu çərçivəsində bununla bağlı razılıq əldə olunmuşdu”, – o deyib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


