Ermənistan Rusiyadan buğda tədarükündə köməyə görə Azərbaycana təşəkkür edib

Baş səhifə
Ermənistan Rusiyadan buğda tədarükündə köməyə görə Azərbaycana təşəkkür edib

Ermənistan hökuməti Azərbaycan tərəfinin səylərini yüksək qiymətləndirib ki, bunun sayəsində Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Azərbaycan ərazisindən keçir.

“Report”un məlumatına görə, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə bildirib.

O qeyd edib ki, yaxın zamanda buğda daşıyan qatar Ermənistana çatacaq.

Xəbər yenilənir