
Bakı. Trend:
Avropa Komissiyası Ukrayna məhsulları ilə bağlı tətbiq olunan
ixrac məhdudiyyətlərinə görə 3 Avropa ölkəsi ilə beynəlxalq
məhkəmədə mübahisə aparacaq
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər”
partiyasının lideri Florian Filippo öz rəsmi “X” səhifəsində
bildirib.
“Diktatura! Avropa Komissiyası bəyan edib ki, yetərincə Ukrayna
məhsulu idxal etmədiklərinə görə, 3 üzv dövləti məhkəməyə
verəcək”,- deyə o yazıb.
Siyasətçinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə Ukrayna
arasında yeni azad ticarət sazişi qitənin Ukrayna kənd təsərrüfatı
məhsulları ilə dolmasına gətirib çıxaracaq.

