
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada
narkokartellərə qarşı mübarizə üçün yeni hərbi missiyanın ətraflı
planlaşdırılmasına başlayıb.
Trend xəbər verir
ki, bu barədə “NBC News” telekanalı məlumatlı mənbələrə istinadən
xəbər yayıb.
Fəaliyyətdə olan və keçmiş amerikalı məmurların məlumatına görə,
missiyaya yerüstü əməliyyatlar, o cümlədən laboratoriyalara və
kartel liderlərinə qarşı dronlarla zərbələr daxil ola bilər. Lakin
hələlik yekun qərar qəbul edilməyib.
Bildirilir ki, təlimlər artıq başlamış və əməliyyatın miqyası
üzərində müzakirələr davam edir.

