Ten Haq yenidən İngiltərədə işləyə bilər

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Premyer
Liqaya qayıda bilər.

Trend xəbər
verir ki, “Vulverhempton” niderlandlı mütəxəssisin xidmətində
maraqlıdır.




“Qurdlar” ten haqla danışıqlara başlamağı planlaşdırır. “Vulverhempton”un gündəmində olan digər məşqçi isə Qari
O’Nildir.

Qeyd edək ki, Erik ten Haqın son iş yer “Bayer” olub. 55 yaşlı
çalışdırıcı cəmi 3 oyundan sonra istefaya göndərilib.