İsrailda ölkənin baş hərbi vəkili saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İsraildə ölkənin vəzifəsindən istefa vermiş baş hərbi vəkili
general-mayor İfat Tomer-Yerușalm saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Onun fələstinli məhbusların zorlanması ilə bağlı videonun
sızdırılmasında şübhəli bilindiyi bildirilir.




Tomer-Yerușalmı ilə yanaşı, eyni “məlumat sızması” işi üzrə
şübhəli qismində keçən keçmiş baş hərbi prokuror Matan Solomoş da
saxlanılıb. Hər iki şəxs yaxın zamanda Tel-Əviv məhkəməsi qarşısına
çıxarılacaq.

Qeyd edək ki, Tomer-Yerușalmı bir neçə gün əvvəl istefa
ərizəsini təqdim etmişdi.