
Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,6 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka filialındna bildiriblər.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 397
km məsafədə baş verib. Təkanların episentri 42,5 km dərinlikdə
yerləşib.

