HƏMAS üç İsrail girovunun cəsədini BQXK-yə təhvil verəcək

Baş səhifə

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı daha üç israilli girovun cəsədini
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Trend-in
məlumatına görə, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı
olan “İzzəddin əl-Qəssam Briqadaları”nın “Telegram” kanalında
yayımlanıb.




“Razılaşma çərçivəsində bu gün Qəzza zolağının cənubunda tapılan
daha üç girovun cəsədini [tibb] heyətinə təhvil verəcəyik”, – deyə
bəyanatda bildirilib.

Həkimlərin ölən məhbusların cəsədlərini anklavın hansı
ərazisində qəbul edəcəyi barədə məlumat verilməyib.