Almaniya hökuməti hava məkanında aşkarlanan naməlum dronların sayının artması səbəbindən ölkədəki müvəqqəti radioaktiv tullantı saxlama məntəqələri üzərindən uçuşlara qadağa qoymaq niyyətindədir.
“Report”un xəbərinə görə, bu barədə NDR teleradioşirkəti nüvə təhlükəsizliyinə məsul olan Federal Ətraf Mühit Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

