44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrın 2-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir
neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər
şəxsləri qəbul edib.

– Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

– Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.

– Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd “Qrad”ı məhv
edilməsinin videogörüntüsü yayılıb.

– Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv
atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan
ərazisindən Qubadlını atəşə tutub.

– Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv
edilməsinin videogörüntüsü yayılıb.