FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan
Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat
İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş
ağacəkmə aksiyası keçirilib.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya 31
oktyabr 2025-ci il tarixində “Azərbaycan Yaşıllaşdırma və Landşaft
Quruluşu” ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı
magistral avtomobil yolunun 28-ci km yerləşən ərazidə təşkil
olunub.




Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək,
yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü
Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.

Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq
aqrotexniki qulluq göstərilib.