
Bakı. Trend:
Oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki
dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat
yayıb.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən
borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

